manera.az
manera.az

Ayasofyaya giriş ödənişli oldu

📅 15.01.2024 08:12

Ayasofyaya giriş ödənişli oldu
Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Ayasofya məscidinə giriş 15 yanvar 2024-cü ildən turistlər üçün ödənişli olacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə məlumat Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yayılıb.

Məlumata görə, bu gündən Ayasofyanı ziyarət etmək istəyən əcnəbi turistlər 25 avro (47 AZN) ödəniş etməli olacaqlar.

Qeyd edək ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

2020-ci ilin iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib.

Xatırladaq ki, Türkiyə vətəndaşları və Ayasofya məscidinə ibadət üçün daxil olanlara giriş ödənişsiz olaraq qalır. Nazirliyin açıqlamasına görə, yeni qaydaların tətbiqi məscidin girişində növbələrin aradan qaldırılmasına, eləcə də onun bərpası ilə bağlı genişmiqyaslı işlərin sistemli aparılmasına imkan verəcək.


Baxış sayı - 415 | Yüklənmə tarixi: 15.01.2024 08:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031