manera.az
manera.az

Pyes müsabiqəsi qalibləri mükafatlandırılıb

📅 01.12.2023 12:03

Pyes müsabiqəsi qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş pyes müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, müsabiqəyə 21 iştirakçı müraciət edib.

Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib, təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova “Torpaqlar” pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovadan ibarət olub.

Pyes müsabiqəsi qalibləri mükafatlandırılıb
Pyes müsabiqəsi qalibləri mükafatlandırılıb


Baxış sayı - 497 | Yüklənmə tarixi: 01.12.2023 12:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031