manera.az
manera.az

“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib

“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda bədii qiraətçi, şairə Müşfiqə Baləddinin “Sükutun səsi” adlı ədəbi-musiqili tədbiri keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycanın Yazıçılar Birliyinin Türkiyə təmsilçisi İmdad Avşar, Azərbaycan Yazıçılar Birliyinin Quba Regional bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Xalq artistləri Eldost Bayram, Xalidə Quliyeva, şairə Kəmalə Abıyeva və digər şair və yazıçılar iştirak ediblər.

Mədəniyyət xadimlərinin çıxışlarında gənc yazar-qiraətçi Müşfiqə Baləddin haqqında fikirlər yer alıb.

Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başçısı İntiqam Yaşar çıxış edərək tədbirin əhəmiyyətini və davamlı olmasının vacibliyini diqqətə çatdırıb.

Bədii qiraətçi müxtəlif nəsillərə mənsub şairlərin şeirlərini ifa edib.

Bundan başqa qiraətçi Anar Atakişi, Rəşad Mikayılov, Elman Baxşı və Müşfiqə Baləddinin təqdim etdikləri kiçik kompozisiyalar dinləyicilərin marağına səbəb olub.

“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilib
“Sükutun səsi” adlı ədəbi-musiqili tədbir keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829