manera.az
manera.az

Ədəbiyyatşünas alim "Şöhrət" ordeni ilə təltif edilib

📅 02.10.2023 13:18

Ədəbiyyatşünas alim "Şöhrət" ordeni ilə təltif edilib
Teymur Həşim oğlu Kərimli “Şöhrət” ordeni ilə təltif edilib.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, akademik Teymur Kərimli AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun baş direktorudur. Bu il onun 70 yaşı tamam olur.

Xatırladaq ki, Teymur Kərimli “Nizami və tarix”, “Görünməyən Füzuli” və başqa kitabların müəllifidir. O, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarının ədəbi irsini tədqiq edib.


Baxış sayı - 443 | Yüklənmə tarixi: 02.10.2023 13:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930