manera.az
manera.az

Prezident onları "Şöhrət" və “Şərəf” ordeni ilə təltif etdi

📅 02.01.2021 12:49

Prezident onları "Şöhrət" və “Şərəf” ordeni ilə təltif etdi
Ölkənin ictimai-siyasi, mədəni, elmi həyatında fəal iştirak edən bir qrup şəxsi Prezident İlham Əliyev medallarla təltif edib.

Manera.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” və "Şərəf" ordenləri ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sənədlərə görə, Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.

Elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər./sputnik.az/


Baxış sayı - 693 | Yüklənmə tarixi: 02.01.2021 12:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031