manera.az
manera.az

Sevinc Elsevər ədəbi müsabiqənin qalibi oldu

📅 12.09.2023 13:06

Sevinc Elsevər ədəbi müsabiqənin qalibi oldu
İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan ədəbi müsabiqənin qalibi müəyyənləşib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dram janrı üzrə təqdim olunan 8 əsərin arasından Sevinc Elsevərin “Çiçək məktublar” əsəri qalib seçilib.

Qeyd edək ki, qalibə 5 000 (beş min) manat pul mükafatı və Nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Xatırladaq ki, Komissiyanın yekun qərarına əsasən, roman və mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin tələblərinə cavab vermədiyi üçün qalib əsər müəyyənləşməyib.


Baxış sayı - 441 | Yüklənmə tarixi: 12.09.2023 13:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31