manera.az
manera.az

Gənc yazıçı yeni kitabını təqdim etdi

📅 23.08.2023 17:07

Gənc yazıçı yeni kitabını təqdim etdi
Avqustun 20-də “Çinar kitab evi”ndə gənc yazıçı Nemət Mətinin "Gözəgörünməzlər" kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə "Ədəbiyyat və kütlə", "Sonuncu uçuş" kitabları ilə yanaşı, növbəti “Gözəgörünməzlər” adlı hekayələr toplusu müəllifin imzası ilə oxuculara təqdim olunub.

İlk kitabı "Ədəbiyyat və kütlə" adlanan yazıçının ikinci kitabı "Sonuncu uçuş" adı ilə çap olunub. Bu kitab Türkiyədə "Son uçuş" adıyla da oxucuların ixtiyarına verilib. Üçüncü kitabı isə hekayələr toplusu olan "Gözəgörünməzlər"dir. Kitab cəmiyyətimizdə gözəgörünməyən maraqlı insanların həyatından bəhs edən hekayələr toplusundan ibarətdir.

Gələcəkdə roman yazmağı düşünən yazıçı "Gözəgörünməzlər" kitabını Güney Azərbaycanda da çap etdirəcəyini düşünür.

Gənc yazıçı yeni kitabını təqdim etdi
Gənc yazıçı yeni kitabını təqdim etdi
Gənc yazıçı yeni kitabını təqdim etdi


Baxış sayı - 457 | Yüklənmə tarixi: 23.08.2023 17:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031