manera.az
manera.az

Mədəniyyət və İncəsənət Universiteti ilə bağlı - SƏRƏNCAM

📅 06.07.2023 13:11

Mədəniyyət və İncəsənət Universiteti ilə bağlı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.


Baxış sayı - 866 | Yüklənmə tarixi: 06.07.2023 13:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930