manera.az
manera.az

Leyla Bədirbəylinin 100 illiyi qeyd olunacaq

📅 03.01.2020 10:44

Leyla Bədirbəylinin 100 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Manera.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, 2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Baxış sayı - 1 051 | Yüklənmə tarixi: 03.01.2020 10:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930