manera.az
manera.az

Doktoranturaya qəbul qaydası dəyişib

📅 19.04.2023 07:36

Doktoranturaya qəbul qaydası dəyişib
Doktoranturaya xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün magistrların malik olduğu beynəlxalq dil sertifikatlarının sayı artırılıb.

MANERA.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Qərara əsasən, xarici dil üzrə “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

Belə ki, indiyədək xarici dil üzrə yalnız IELTS, TOEFL, TestDaF, DELF, DALFSTANAG beynəlxalq dil sertifikatına malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurdular.


Baxış sayı - 304 | Yüklənmə tarixi: 19.04.2023 07:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031