manera.az
manera.az

Azərbaycanlı şagirdlər ilkə imza atdılar

📅 18.03.2023 13:02

Azərbaycanlı şagirdlər ilkə imza atdılar
Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.

Bu barədə MANERA.AZ-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalar qalibi olub.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi olan Dəniz Səttarlı da kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb.

Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.


Baxış sayı - 448 | Yüklənmə tarixi: 18.03.2023 13:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031