manera.az
manera.az

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri açıqlandı

📅 16.11.2022 10:11

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri açıqlandı
3-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri müəyyən olunub.

MANERA.AZ xəbər verir ki, festivalın bağlanış mərasimi və qaliblərin mükafatlandırması baş tutub.

Beləliklə, qaliblər aşağıdakı nominasiyalar üzrə təyin olunub:

Ən yaxşı bədii film: “Hasar” - rejissor Qulu Əsgərov;

Ən yaxşı ssenari müəllifi: “Sonuncu foto” - ssenari müəllifi və rejissor Türkan Hüseyn;

Ən yaxşı rejissor: “Son payız” - ssenari müəllifi və rejissor Rüstəm Babazadə;

Ən yaxşı sənədli film: “Toz çəkiləndən bəri” - rejissor Toğrul Abbasov;

Ən yaxşı tələbə işi: “Motivator - rejissor Kamal Müşfiq;

Ən yaxşı sosial çarx: “Onun kamerası” - rejissor Böyükağa Əliyev;

Münsiflər Heyətinin xüsusi mükafatı: Səddam Mehdiyev, Murad Hüseynov – “İki yol” və “Vəhşi durnalar mövsümü” filmlərinə görə.

Həmçinin rejissorlar Amil Amal, Elnur Paşa, Cavad Nur, Ruslan Mollayev isə münsiflərin xüsusi diplomlarına layiq görülüblər.


Baxış sayı - 376 | Yüklənmə tarixi: 16.11.2022 10:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031