manera.az
manera.az

Ruhəngiz Qasımova vəfat etdi

📅 09.10.2022 16:26

Ruhəngiz Qasımova vəfat etdi
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, istedadlı bəstəkar Ruhəngiz xanım Qasımova ömrünün 82-ci ilində vəfat edib.

MANERA.AZ xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev bildirib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Ötən əsrin 60-cı illərində Xalq artisti Rəşid Behbudovun ifasında “Anacan, dostum evlənir” mahnısı sözün əsl mənasında Ruhəngiz Qasımova musiqi dünyasının vizit vərəqinə çevrilib. Bəxtiyar Vahabzadənin sözlərinə yazılan və dahi Rəşid Behbudovun ifasında səslənən “Laylay” mahnısı da bəstəkarın bu janrda yazdığı ilk nümunələrdəndir. Bəstəkarın “Utancaq oğlan”, “Gəlmirsən, gəlmə” kimi lirik mahnıları ilə yanaşı, müğənnidən güclü səs tələb edən “Azərbaycan” mahnısı da bu janrın təkrarsız nümunələrindəndir.

Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.

R.Qasımova 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2019-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

Allah rəhmət eləsin!


Baxış sayı - 376 | Yüklənmə tarixi: 09.10.2022 16:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031