manera.az
manera.az

Görkəmli bəstəkarın 82 yaşı tamam olur

📅 05.10.2017 19:46

Görkəmli bəstəkarın 82 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli bəstəkar, professor Xəyyam Mirzəzadənin 82 yaşı tamam olur.

MANERA.AZ xəbər verir ki, görkəmli bəstəkar bu gün də öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Bəstəkar 80 illik yubileyində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan musiqisinin təbliğində və musiqiçi kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, X.Mirzəzadə 1935-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-1983-cü illərdə konservatoriyanın bəstəkarlıq kafedrasının müdiri olub. 49 il həmin kafedrada pedaqoji fəaliyyət göstərib. Bu müddət ərzində neçə nəsil bəstəkarların yetişməsinə böyük əmək sərf edib.

Onun tələbələri həm respublikamızda, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyətlərini davam etdirirlər. Xəyyam Mirzəzadə çoxşaxəli yaradıcılıq diapazonuna malikdir. Bəstəkarın musiqi dili zəngin və özünəməxsusdur. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur.


Baxış sayı - 1 328 | Yüklənmə tarixi: 05.10.2017 19:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031