manera.az
manera.az

Vətən müharibəsinin - şəhid müəllimləri

📅 05.10.2022 15:43

Vətən müharibəsinin - şəhid müəllimləri
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür.

Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.

MANERA.AZ xəbər verir ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

44 günlük Vətən müharibəsi bitdikdən sonra – dekabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla şəhid müəllimlər təltif edildi.
Onlardan 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.


Şəhid müəllimləri ehtiramla anırıq!

Onların simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Baxış sayı - 1 172 | Yüklənmə tarixi: 05.10.2022 15:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031