Teatr, kino və xoreoqrafiya sənəti üzrə qabiliyyət imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.
DİM-dən MANERA.AZ-a bildirilib ki, teatr, kino və xoreoqrafiya sənəti üzrə ali təhsil müəssisələrinə qabiliyyət imtahanları iyulun 14, 18, 22, 25, 29-da təşkil ediləcək.
İyulun 20, 21, 27, 29-da 9 illik, 26-da isə 11 illik təhsil bazasında kolleclərə teatr, kino və xoreoqrafiya sənəti üzrə xüsusi qabiliyyət imtahanları keçiriləcək.
İmtahanlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında, həmçinin DİM-in əsas ofisində (onlayn) təşkil ediləcək.
Qeyd edək ki, hər imtahan tarixi üçün səhər və axşam növbələri bitdikdən sonra apellyasiya komissiyaları təşkil edilir. İstiqamətlər üzrə yalnız DİM-in saytındakı cədvəldə və binalarda vurulmuş elanda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.
Qabiliyyət imtahanlarının tarixi və yeri imtahana buraxılış vərəqəsində göstərilir.