manera.az
manera.az

Tağıyevin 200 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib - FOTO

Tağıyevin 200 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib - FOTO
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında AMEA-nın şöbə müdiri, professor, şair Vüqar Əhmədin görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı “Xeyirxahlıq mücəssəməsi” kitabının təqdimatı keçirilib.

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə çıxış edərək tədbirin Mərdəkanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, H.Z.Tağıyev ömrünün son illərini Mərdəkanda yaşayıb və burada dəfn olunub.

Daha sonra çıxış edənlər Azərbaycanın böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadimi H.Z.Tağıyevin Azərbaycan xalqının inkişafı və maariflənməsi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Diqqətə çatdırılıb ki, Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ölkəmizdə və UNESCO-da qeyd ediləcək.

Vüqar Əhməd tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Sonra isə Azərbaycan Dövlət Televiziyasının solisti, müğənni Almaxanım Əhmədlinin və muğam müsabiqəsinin qalibi Sədəf Budaqovanın, eləcə də gənc müğənni Alim Məmmədovun Vüqar Əhmədin sözlərinə yazılmış “Azərbaycan-Türkiyə”, “Əzizim”, “Arzular” və digər mahnıları alqışlarla qarşılanıb.

Sonda Vüqar Əhmədin H.Z.Tağıyevə həsr etdiyi şeir məktəblilərin ifasında tədbirə xüsusi rəng qatıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031