manera.az
manera.az

Əməkdar rəssamımız Türkiyədə mükafatlandırıldı

Əməkdar rəssamımız Türkiyədə mükafatlandırıldı
Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi həmyerlimiz, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovu “2022-ci il sənət” mükafatına layiq görüb.

MANERA.AZ xəbər verir ki, mükafat Rəhim Məmmədova İzmirdə keçirilən Beynəlxalq Rəsm Sərgisi və Mükafatlandırma mərasimində təqdim olunub.

Mərasim əsnasında açılan “İzmir sənətdə” rəsm sərgisində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 40 rəssamın 50 əsəri nümayiş etdirilib.

Türkiyəyə 1995-ci ildə yerləşən Rəhim Məmmədov qardaş ölkənin Kayseri vilayətinin Ərciyəz Universitetinin Gözəl sənətlər fakültəsinin rəsm bölümündə müəllim olaraq fəaliyyətini davam etdirib. 1996–2003-cü illər ərzində eyni bölümün rəhbəri seçilən rəssam 2003-2010-cu illərdə bu fakültənin dekanı olub. Hazırda həmyerlimiz İzmirdə yerləşən özünəməxsus emalatxanada fəaliyyətini davam etdirir.

Rəssamın Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Avropanın bir sıra ölkələrində fərdi sərgiləri açılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031