manera.az
manera.az

Mədəniyyət naziri ABŞ-a gedir

📅 27.04.2022 05:21

Mədəniyyət naziri ABŞ-a gedir
Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfər edəcək.

MANERA.AZ xəbər verir ki, nazirlə birlikdə Azərbaycanın bir çox incəsənət xadiminin də Vaşinqtona səfər edəcəyi gözlənilir.

Onlar Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaqlar.

Qeyd edək ki, xeyriyyə konserti ABŞ-ın Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək. “Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.

Xeyriyyə konserti mayın 3-də keçiriləcək.


Baxış sayı - 463 | Yüklənmə tarixi: 27.04.2022 05:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031