manera.az
manera.az

Xaçmazda mədəniyyət işçiləri ilə görüş - FOTO

📅 16.04.2022 19:38

Xaçmazda mədəniyyət işçiləri ilə görüş - FOTO
Mədəniyyət naziri Anar Kərimov Xaçmaz rayonuna səfəri çərçivəsində aprelin 15-də Xaçmaz rayon Heydər Əliyev Mərkəzinə baxış keçirib, müəssisənin fəaliyyəti barədə ətraflı məlumat alıb.

Bu barədə MANERA.AZ-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2005-ci ildə muzey kimi fəaliyyətə başlayan mərkəz 2016-cı ildən müasir və qədim Şərq memarlığı üslubunda tikilmiş yeni binada fəaliyyətini davam etdirir. Hazırda mərkəzin fondunda 700-dən artıq eksponat qorunur.

Sonra nazir Anar Kərimov Heydər Əliyev Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Anar Kərimov bildirib ki, Xaçmaz rayonuna səfərinin əsas məqsədi vətəndaşların müraciətlərini dinləməklə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.
Xaçmazda mədəniyyət işçiləri ilə görüş - FOTO
Görüş zamanı regionun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Anar Kərimov bölgələrdə sahənin rəqəmsallaşdırılması ilə bağlı işlərin aparılmasının, mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.


Baxış sayı - 530 | Yüklənmə tarixi: 16.04.2022 19:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031