manera.az
manera.az

32 universitetdə akkreditasiya aparılacaq

📅 04.02.2022 10:34

32 universitetdə akkreditasiya aparılacaq
"Bu il 32 universitetin instusional səviyyədə akkreditasiyası gözlənilir".

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin yeni sədri Ülkər Səttarova deyib.

O bildirib ki, bir çox universitetin monitorinqi aparılacaq: "Eyni zamanda, orta təhsil üzrə "Məktəb inspektoru" layihəsinin genişləndirilməsi nəzərdə tutulur. Qeyri-formal təhsil istiqamətində bir çox şirkət və nazirliklərlə birgə layihələr planlaşdırılır. Yəni ali təhsil sənədi tələb olunmayan, məsələn, aşpaz, saç ustası, bərbər, mobil telefon ustası və s. kimi qeyri-formal sahələr üzrə işlər genişlənəcək".

O deyib ki, instusional səviyyədə akkreditasiyadan keçə bilməyən universitetləri və tələbələrini müəyyən problemlər gözləyir: "Bir neçə universitet var ki, fəaliyyətini dayandırıb. Təhsil Nazirliyi də indiyə qədər bu problemlə üzləşir, vətəndaşlar tərəfindən müraciətlər var. Ali təhsil şöbəsinin işini analiz edəndə məlum olub ki, ümumi müraciətlərin təxminən 10 faizə qədəri bu məsələ ilə bağlıdır. Bu, tək bizdə deyil, dünyada da belədir ki, akkreditasiyası dayandırılmış universitet və tələbələr bir çox problem və çətinliklərlə qarşılaşırlar. Ona görə də insanlar daha çox dövlət universitetinə müraciət edir, bunun riski daha aşağıdır".


Baxış sayı - 690 | Yüklənmə tarixi: 04.02.2022 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031