manera.az
manera.az

“Oskar” mükafatında yenilik – İlk dəfə

📅 12.01.2022 09:55

“Oskar” mükafatında yenilik – İlk dəfə
“Oskar” makafatının təqdimetmə mərasimində yenilik olacaq.

MANERA.AZ "Life” saytına istinadla xəbər verir ki, 2022-ci il Oskar mükafatlandırma mərasimini aparıcı apara bilər. Bu barədə “Variety” jurnalı tədbiri yayımlayacaq ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən xəbər verib.

Mərasimin aparıcısı ola biləcək şəxsin adı hələ ki açıqlanmayıb, lakin bu haqda tezliklə təfərrüatlar paylaşılacaq.

94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.


Baxış sayı - 731 | Yüklənmə tarixi: 12.01.2022 09:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930