manera.az
manera.az

“Oskar” mükafatı ənənəvi formada təqdim ediləcək

📅 14.12.2020 14:43

 “Oskar” mükafatı ənənəvi formada təqdim ediləcək
Kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar”ın növbəti təqdimetmə mərasimi 2021-ci ilin 25 aprel tarixinə təyin edilib.

Manera.az xəbər verir ki, Akademiyanın sayca 73-cüsü təşkil olunacaq mükafatlandırma mərasiminin ənənəvi formada keçirilməsi nəzərdə tutulub.

Buna görə də kinoteatrların açılması və daha çox filmin mübarizəyə qoşulması məqsədilə yaz fəsli seçilib.

Qeyd edək ki, hər il “Oskar” mükafatının Los Ancelesdəki Dolbi Teatrında təqdim edilməsini izləmək üçün mərasimdə 3500-ə qədər insan iştirak edir.

Lakin pandemiya ilə əlaqədar olaraq, növbəti tədbirə gələcək qonaqların sayı qeyri-müəyyən olaraq qalır.

Hər il mükafatlandıma mərasimini yayımlayan Akademiya Televiziyası və ABC (ey-bi-si) telekanalıdda mərasim haqqında hər hansı konkret cavab verməyiblər.


Baxış sayı - 624 | Yüklənmə tarixi: 14.12.2020 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031