manera.az
manera.az

Türkiyə alimləri xərçəngə qarşı yeni dərmanı test etdilər

    Türkiyə alimləri xərçəngə qarşı yeni dərmanı test etdilər
Türkiyə alimlərinin xərçəngə qarşı inkişaf etdirdiyi dərman test mərhələsinə keçdi.

İstanbul Boğaziçi Universiteti Kimya bölümünün (İstanbul Boğaziçi Üniversitesi Kimya Bölümü) müəllimi professor Rana Nomak Sanyal və elmi qrupu tərəfindən ağciyər xərçənginə qarşı inkişaf etdirilən və laboratoriya işləri tamamlanan dərmanın artıq test mərhələsiə start verilib.

Təkrarlanan, metastatik və kritik ağciyər xərçəngi xəstələri üçün hazırlanan dərmanın 1-ci test mərhələsi Ankara Onkologiya Eksperimental və Araşdırma Xəstəxanasının Faz-1 Klinika Araşdırmaları Mərkəzində (Ankara Onkoloji Eğitim ve Araştırma Hastanesi Faz-1 Klinik Araştırmalar Merkezi) başlayıb.

Ümumi 16 könüllü xəstə üzərində icra ediləcək işin faz-1a mərhələsində 6 xəstədə maksimum doza müəyyən olunacaq, faz-1b mərhələsində isə 10 xəstənin fəaliyyət və təhlükəsizliyi dəyərləndiriləcək.

Ankara Onkologiya Eksperimental və Araşdırma Xəstəxanası Faz-1 Klinika Araşdırmaları Mərkəzinin rəhbəri professor Fevzi Altuntaş Türkiyənin müdafiə sənayesində olduğu qədər səhiyyə sahəsində də irəli gedən bir ölkə olduğunu vurğulayaraq xüsusilə, yerli dərman istehsalında daha qabağa getmək üçün müxtəlif ölkə alimləri ilə də əməkdaşlıq etdiklərini söyləyib. Bu çərçivədə Türkiyədə ağciyər xərçənginə qarşı inkişaf etdirilən ilk dərmanlardan birinin Faz-1 Klinika Araşdırmaları Mərkəzində icra ediləcəyindən qürur duyduqlarını bildirən F.Altuntaş deyib: "Bu, ağciyər xərçəngi xəstələri üçün bir ümid işığıdır. Artıq 18-75 yaş arasında xəstəliyi təkrarlamış və artmış mərhələdə olan, daha əvvəl immunoterapiya müalicələri almış xəstələrdə Ankara Onkologiya Eksperimental və Araşdırma Xəstəxanasında klinika mərhələsinə başladıq. Birinci mərhələnin tamamlanmasıyla faz-2 və faz-3 mərhələlərinə keçəcəyik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31