manera.az
manera.az

Təhsil naziri: İnnovativ məktəblər layihəsinə başlanılacaq

📅 09.12.2021 11:26

Təhsil naziri: İnnovativ məktəblər layihəsinə başlanılacaq
İnnovativ məktəblər layihəsinə başlanılacaq. Layihə özündə rəqəmsal bacarıqları, STEAM-i birləşdirəcək.

MANERA.AZ xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində 6-11-ci sinif şagirdləri üçün təşkil olunan “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimində deyib. O bildirib ki, layihənin məqsədi şagirdlər üçün yeni çağırışlara cavab verən tədrisi təşkil etməkdir.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, "STEAM Azərbaycan" 100 mindən çox şagirdi əhatə edir: "15 bölgədə "STEAM" mərkəzləri açılacaq. Hazırda Quba, Gəncə, Salyan, Ağdaş rayonlarında STEAM mərkəzləri fəaliyyət göstərir. Növbəti tədris ilindən başlayaraq innovativ məktəblər layihəsinə başlayacağıq. İnanıram ki, layihə Azərbaycan gəncliyini ən yaxşı şəkildə hazırlayacaq".

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.


Baxış sayı - 601 | Yüklənmə tarixi: 09.12.2021 11:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031