manera.az
manera.az

Tələbə kreditinə müraciətlərin qəbulu davam edir

Tələbə kreditinə müraciətlərin qəbulu davam edir
Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

Manera.az xəbər verir ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir.

Tələbələrə təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunacaq. Güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.

Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Bakalavr səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalavr səviyyəsi üçün isə 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola biləcəklər. Sosial təhsil tələbə kreditinin illik faizi 2, standart təhsil tələbə kreditinin illik faizi isə 6-dır.

Təhsil nazirinin müavini İdris İsayev deyib ki, kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Yəni, kredit ali təhsil pilləsinin bakalavr səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil və peşə təhsil pillələrinin subbakalavr səviyyəsində təhsil alan tələbələrə isə 12-19 il müddətinə verilə bilər. Bu il üçün təhsilhaqqını ödəyən tələbələr də yenidən müraciət edə bilərlər.

Nazir müavini həmçinin onu da bildirib ki, təhsil krediti alacaq tələbələrin özəl və ya dövlət universitetində təhsil almalarının fərqi yoxdur. Lakin qiyabi təhsil alanlar kredit götürə bilməyəcəklər. Həmçinin akademik borcu olan tələbələrə də təhsil krediti verilməyəcək.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.

Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur.

Portala giriş identifikasiya nömrəsi, “Asan İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir.

Bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.

Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31