manera.az
manera.az

Yeni yaradılan teatrın ilk premyerası olub

📅 01.11.2021 16:34

Yeni yaradılan teatrın ilk premyerası olub
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında “Səhnə” teatrında hazırlanan “Bir dəfə Qarabağda” tamaşasının premyerası keçirilib.

Manera.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunan tamaşa ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb.

Premyerada teatr tənqidçiləri, teatr ictimaiyyəti və teatrsevərlər iştirak ediblər. Tamaşa tamaşaçılar tərəfindən böyük rəğbət, sevgi və alqışlarla qarşılanıb.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandırıblar.

Tamaşadakı musiqiləri qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblı ifa etdi. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

Tamaşanın noyabr ayında yenidən nümayiş olunacağı gözlənilir.

Yeni yaradılan teatrın ilk premyerası olub
Yeni yaradılan teatrın ilk premyerası olub


Baxış sayı - 572 | Yüklənmə tarixi: 01.11.2021 16:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930