manera.az
manera.az

Turan Uğurun “Sətirlər” kitabının təqdimatı olub

Turan Uğurun “Sətirlər” kitabının təqdimatı olub
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində şair, ssenarist Turan Uğurun dünya və Azərbaycan ədəbiyyatının poetik nümunələri ilə ömürlərə sətir – sətir yazılacaq “Sətirlər” adlı kitabının təqdimatı olub.

Manera.az xəbər verir ki, tanınmış yazıçı və şairlərin qatıldığı tədbirdən əvvəlcə müəllif imzalı kitabları oxuculara hədiyyə edib.

Yazıçı-publisist Mustafa Çəmənli, yazıçı Azər Məmmədov və publisist Elçin Şıxlı müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən söz açaraq onun gördüyü işi yüksək qiymətləndiriblər.

Çıxışlarda qeyd edilib ki, Turan Uğurun şeirləri, esseləri, həmçinin fransız dilindən etdiyi tərcümələri müntəzəm olaraq müxtəlif jurnallarda nəşr edilib.

“Sətirlər” kitabı gənc yazarın oxucularla ilk görüşüdür. Kitabın ilk sayı Əhməd Cavada, Mikayıl Müşfiqə, İsmayıl Şıxlıya, Xəlil Rzaya, Anara, Sabir Rüstəmxanlıya, habelə Viktor Hüqoya, Aleksandr Dümaya, Anna Axmatovaya, Nəcib Fazilə, Qabriel Qarsia Markesə və digər ədiblərə həsr olunub.

Diqqətə çatdırılıb ki, müəllif oxucuları nəzərə alaraq, kitabda ssenari formatından çıxarılmış, texniki cəhətdən sadələşdirilmiş mətnləri təqdim edib. O, “Azərbaycan ədəbiyyatından seçmələr”, “Dünya ədəbiyyatından seçmələr”, “ Baharda doğulanlar”, “İtirdiklərimiz”, “Nobel mükafatçıları” kimi daimi rubrikaları da nəşrə əlavə edib.

Kitabda Turan Uğurun 60 ssenarisi, 11 şeiri və fransız dilindən tərcümə etdiyi 3 şeir yer alıb. Bundan əlavə, müəllif verilişin prinsip və ana xəttini kitabda da nəzərə alıb.

Qeyd edək ki, “Mücrü” nəşriyyatında çapdan çıxan kitabın redaktoru Azər Qismətdir.

Turan Uğurun “Sətirlər” kitabının təqdimatı olub
Turan Uğurun “Sətirlər” kitabının təqdimatı olub
Turan Uğurun “Sətirlər” kitabının təqdimatı olub
Turan Uğurun “Sətirlər” kitabının təqdimatı olubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930