Respublika Günü ilə Müstəqillik Gününün adı dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Manera.az xəbər verir ki, layihə müzakirələrdən sonra səs çoxluğu ilə birinci oxunuşda qəbul edilib.
Bundan sonra, 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin bərpası günü kimi qeyd ediləcək.
Yeni qanun layihəsinə əsasən, 28 May qeyri-iş günü, 18 Oktyabr isə rəsmi iş günü hesab olunur.