manera.az
manera.az

Universitetlərdə Məzun günü bu şərtlərlə keçirilə bilər - Rəsmi

Universitetlərdə Məzun günü bu şərtlərlə keçirilə bilər - Rəsmi
Koronavirus pandemiyası səbəbi ilə ötən il ali və ümumi –orta təhsil müəssisələrində Məzun günü onlayn şəkildə təşkil edilmişdi.

Ancaq bu il Nazirlər Kabineti yanında Operativ Qərərgahın razılığı ilə ümumi təhsil müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq “Son zəng” tədbirlərinin keçirilməsinə icazə verildi.

Bəs bu icazə ali təhsil müəssisələrinə də aid edilirmi? Ali və orta ixtisaqs təhsili müəssisələrində Məzun günləri müəyyən qaydalara uyğun şəkildə keçirilə bilərmi?

Bununla bağlı Təhsil Nazirliyindən verilən xəbərə görə, Məzun günlərinin müəyyən edilmiş qaydalara uyğun şəkildə təşkil edilməsinə icazə verilib:

“Ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bununla bağlı bildiririk ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər”.

Qeyd edək ki, 14 iyun tarixində ümumi təhsil müəssisələrində “son zəng” tədbirləri təşkil edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031