manera.az
manera.az

Bir şəhid qızının məktəbə ilk addımı

Bir şəhid qızının məktəbə ilk addımı


Soyuq bir fırtına kimi gəldi payız.. Və səhərə kimi pəncərə önündə dayanaraq Günəşin gözlərini ovxalaya-ovxalaya tellərinə baxışlarını toxundurmasını gözləyən -kiçik bir qızcığaz ... Hər kəs dərin yuxunun ağuşundaydı bəlkə də. Ancaq bir tək o kirpiklərini düyünləyə bilmədi. Çünki o , səhər erkəndən məktəbin səsli-küylü darvazasının önündə telləri qardan da bəyaz olan bir qadının buz kimi əllərindən tutaraq-öz körpə əlləri ilə onun ovuclarını isitməyə çalışacaqdı. Nə qədər bacara biləcəkdi-özü də bilmirdi... Amma qarşısında bir məqsədi vardı.Qəhrəman Atasının qəhrəman ürəyini 6 yaşlı ürəyində döyündürərək bir üzü qız,bir üzü gəlin olan anasının ömür gün yoldaşıyla qurduğu arzuların parçalanmış budaqlarını illər içərisində öyrənəcəyi elmlərin sarğıları ilə calaq etməyə çalışacaqdı..Bəlkə də özü də torpağın çatlarına düşəcəkdi,leysan yağışlardan qaçarkən büdrəyərək yaralanacaqdı, əziləcəkdi.Amma heç zaman xəyalları puç olmuş Anasına ağrılarını bildirməyəcəkdi. Bilirdi ki,anası 6 yaşlı qızcığazı Qəhrəman atasıyla qurduğu böyük arzuların müharıbənin yandırması ilə külə dönmüş ümidlərinin içərisində qalan son külü öz ruhunun alovuyla yenidən alovlandıra biləcəyinə inanır..Buna görə də yata bilmədi.. Və budur -həmin səhər gəlib çatdı.. Vaxtilə sarışın telləriylə Qəhrəmanını özünə məftun edən qadın ayna qarşısına keçərək dən düşmüş saçlarını qapqara örpəyi ilə toplayaraq sevdiyinin şəklini əlinə aldı. Baxdı,baxdı—gözləri ilə öpərək övladının çantasını çiyninə götürüb əllərindən yapışaraq evdən çıxdı... Məktəbin həyətindəki izdihamı yararaq önə gəldilər.İlk müəllimini görən qızcığaz sevincindən yer tapmadı. Ancak müəlliminin gözlərində o sevinci görə bilmədi.O zaman anlaya bilməmişdi səbəbini. Sonralar isə gözlərdəki xoşbəxtliyin iri gül dəstələrindən,böyük hədiyyə paketlərindən ibarət olduğunu anladı.Və həmin gündən də özünə bir söz verdi—bir gün müəllimlik peşəsinə sahiblənərsəm—ilk addımlarını məktəb kandarına qoyan körpələrin hər birinin gözündəki gülüş,yanağındakı təbəssüm, ovuclarındakı istilik olacam..
İllər keçdi, ilk dərs gününü heç zaman unutmayan balaca qızcığazın yerində 22 yaşlı gənc bir qız ,gözlərinin önündə isə gah ağlayan, gah qaçan,gah yuxulayan körpə fidanlar vardı... Amma nə o qızcığaz kimi hər kəsdən utanaraq gizlənən uşaqlar vardı, nə də əliboş olduğu üçün sıxılan qara geyimli qadın... Təkcə 22 yaşlı gənc qızının ilk dərs gününü seyr etməyə gələn, bütün ümidlərini 6 yaşlı qızcığazın bir gün böyüyərək Qəhrəman atası kimi şərəfli ad qazana biləcəyinə inanan bir Ana və o Ananın zamansız ağaran saçlarını özünün elminin rəngləri ilə boyamağa çalışan, Qəhrəman atasının şərəfli adını yüksəkliklərə qaldırmağı özünə borc bilən 22 yaşlı bir övlad vardı... Məhz o gündən bu günə də ömrünü körpə fidanların budaqlanaraq göy üzünə ucalmasına kömək etməkdən ibarət oldu.. Beləliklə də hər payızın ilk zəngini körpələrin şən səsləriylə xatırlamağa çalışdı—bacara bildiyi qədər həm də......

Məryəm ƏliyevaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031