manera.az
manera.az

Buker mükafatının qısa siyahısı açıqlandı

📅 15.09.2021 13:52

Buker mükafatının qısa siyahısı açıqlandı
Məşhur Buker mükafatının (Booker Prize) qısa siyahısı Londonda dünən gecə saatlarında elan olunub.

Proqnozlar özünü doğrultmayıb. Builki Nobel mükafatı laureatı Kadzuo İsiquro qısa siyahıya düşə bilməyib. Bu barədə mükafatın jürisinə başçılıq edən Mayya Djasanoff mətbuat-konfransında məlumat verib.

Manera.az TASS agentliyinə istinadən məlumat verir ki, şort listə birdən-birə 3 amerikalı müəllif düşüb.

Bunlar "Qarışıqlıq" (Beuilderment) romanı ilə 2019-cu ildə Pulitzer mükafatının sahibi olmuş Riçard Pauers, "Böyük dairə" (Qreat Circle) romanı ilə Maggi Şipsted və "Bu barədə hamı susur” (No One Is Talking about This) romanı ilə Patrişa Lokvuddur.

Həmçinin Şri-Lankdan Anuk Arudpraqazam ("Şimala yol"- A Passage North romanı ilə), Cənubi Afrika Respublikasından Deymon Qelqut ("Vəd" - The promise romanı ilə) və Somalidən Nadifa Mohamed ("Avantüristlər", The Fortune Men romanı ilə) şort listdə qərarlaşıblar.

1. Anuk Arudpraqasam – “Şimal keçidi” – Müəllif Şri-Lankalıdır, ikinci romanıdır. Əsər ölkədəki vətəndaş müharibəsinin fonunda bir sevgi münasibətindən bəhs edir.

2.Damon Qalqut – “Vəd” – Cənubi Afrikalı yazıçının doqquzuncu romanıdır. Roman aparteid dövrü və sonrakı on illiklər boyunca bəyaz bir ailənin əhvalatıdır.

3.Patrisiya Lukvud – “Heç kim bu haqda danışmır” – Amerikalı şair və memauristin ilk romanıdır. Roman sosial şəbəkədə məşhurlaşan bir qadından bəhs edir.

4. Nadifə Məhəmməd – “Bəxtəvər kişilər” – Müəllif Somalilenddə doğulub, Britaniyada böyüyüb. Romandakı hadisələr müharibədən sonrakı illərdə Kardiff körfəzindəki keçir; əsər səhvən cinayətdə təqsirli bilinən Mahmud Mattanın əhvalatıdır.

5. Riçard Povers – “Çaşqınlıq” – ABŞ yazıçısı, Pulitser mükafatı laureatı. Roman dul astrobioloqun doqquz yaşlı oğluna kömək etmək, onu başqa planetlərə aparmaq üçün eksperimental müalicə üsullarına baş vurmasından bəhs edir.

6. Meggi Şipsted – “Böyük dairə” – Amerikalı yazıçının üçüncü romanıdır. Əsər müharibədən sonrakı dövrdə cəsur bir qadın pilotdan və XXI əsrdə öz reputasiyasını xilas etmək üçün həmin qadınla bağlı film çəkmək istəyən Hollivud aktrisasının iç-içə hekayələridir.

Mükafatın qalibi noyabrın 3-də bilinəcək. Qalib 50 min funt sterlinq qazanacaq.

Buker mükafatının qısa siyahısı açıqlandı


Baxış sayı - 442 | Yüklənmə tarixi: 15.09.2021 13:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031