manera.az
manera.az

Məktəbli formaları neçəyə satılacaq? - Açıqlama

📅 25.08.2021 09:10

Məktəbli formaları neçəyə satılacaq? - Açıqlama
"2017-ci ildən bəri məktəbli formalarının qiymətində heç bir dəyişiklik yoxdur”.

Manera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

O bildirib ki, 2010-cu ildən məktəbli formaları hazırlanır və tikiş üçün materiallar Türkiyədən alınır:

“Yeni formalar hələ təsdiq olunmayıb. Ötən il istifadə olunan formalar satışa çıxarılıb. Tələbata uyğun olaraq kifayət qədər məktəbli forması hazırlanıb.

1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır.

Eynilə, tək yubkaların da qiyməti müvafiq olaraq 15 və 18 manatdır”.


Baxış sayı - 436 | Yüklənmə tarixi: 25.08.2021 09:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031