Məktəbli “Səfillər” romanı haqda yazır …|MANERA.AZ
![]()
MANERA.AZ-ın “Məktəbli yaradıcılarla tanışlıq” rublikasında Bakı şəhəri, Yasamal rayonu 286 nömrəli məktəbin 4-cü sinif şagirdi Zaur Qurbanlının yazısını təqdim edirik:
- Bu yay tətilində oxuduğum romanlardan biri Viktor Hüqonun “Səfillər” romanı oldu. Fransız yazıçısı Viktor Hüqo 1802-ci ildə doğulub, 1885-ci ildə vəfat edib.
Artıq iki dəfə oxuyub bitirdiyim əsər haqqında düşüncələrimi yazmaq istədim. Əsər ondan bəhs edir ki, pis adamlara belə kömək edib onlara nəsihət vermək lazımdır. Məsələn, Jan Valjana yepiskop kömək etməklə onun bütün həyatını dəyişdirdi. Elə mətnin ideyası da budur ki, kasıb və pis adamlara kömək etməliyik.
Jan Valjan çox yaxşı və ağıllı adamdır. Onun adını dəyişdirib Madlen qoyub adı ilə birlikdə həyatını dəyişdirməsi onun çox ağıllı olduğunu göstərir.
Kozetta ilə bağlı olan fəsillərdə isə çox üzüldüm. Bu fəsillərdə mən uşaqlara qarşı vəhşilikləri, zülmü gördüm. Bir az da Fantinaya qəzəbləndim ki, gərək Kozettanı Tenardiyaya verməyəydi.
Javer haqqında isə düşüncələrim fərqlidir. Məncə Javer pis adam deyil. Başa düşmürəm ki, yazıçı nə üçün ona pis rol verib?Axı Javer hardan bilsin ki, Jan Valjan xeyirxah işlər görür? O Jan Valjanı dustaq kimi tanıyırdı və Javer öz vəzifəsini yerinə yetirirdi.
Məncə “Səfillər” romanı təkcə Fransanın deyil, Amerikanın, Avstraliyanın, Afrikanın, bütün dünyanın ən gözəl əsəridir.