manera.az
manera.az

Məktəblərdə “Ortaq türk tarixi” tədris olunacaq

📅 24.08.2021 14:24

Məktəblərdə “Ortaq türk tarixi” tədris olunacaq
Bu ildən Azərbacyan məktəblərində “Ortaq türk tarixi” tədris olunacaq.

Manera.az xəbər verir ki, dərsliklər bir neçə dildə Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

Dərsliklərin Azərbaycanla yanaşı Türkiyə və Qazaxıstanda da tədrisi nəzərdə tutulub.

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında qeyd olunub.

Sənədə əsasən, VIII (səkkizinci) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə “Ortaq türk tarixi” kursunun tədrisinə həsr olunacaq.

Məktəblərdə “Ortaq türk tarixi” tədris olunacaq


Baxış sayı - 1 515 | Yüklənmə tarixi: 24.08.2021 14:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930