Helen Bannerman - Qızıl pəncərə
Balaca Moli kiçik və gözəl bir qəsəbədə yaşayırdı. Onların balaca evi dağın yaxınlığında, gözəl bir çayın sahilində tikilmişdi. O, valideynlərinin tək qızıydı. Varlı deyildilər, amma xoşbəxt yaşayırdılar.
Evləri hündür ağaclarla və gözəl bitkilərlə əhatə olunmuşdu. Meşədəki bu ev sanki tək adam üçün nəzərdə tutulmuşdu. Moli evini çox bəyənməzdi. O, evin balaca olduğunu və çox da gözəl olmadığını düşünərdi. Balaca Moli dağı çox sevirdi. Hündür və baxımsız dağ qızıl pəncərəli bir ev kimi gözəl, amma bir o qədər də tərk edilmiş bir qalaya sahib idi.
Moli dağın təpəsindəki evi sevirdi, çünki parlaq qızıl pəncərələri vardı. Qızılı, parıltılı güzgülər səbəbindən dəli olmağa və evinə nifrət etməyə başlamışdı.
Amma balaca Moli çox məsum idi. Tez bir zamanda ailəsinin yaşadığı çətinlikləri anladı. Bu səbəbdən hər şeyi səssizcə qəbul edərək bu arzu ilə böyüməyə davam etdi.
İllər keçdi və Moli böyüdü. 12 yaşı olanda o, bir parlaq şahzadə kimi gözəl görünürdü. Köhnə tikili bir evdə yox, qızıl pəncərəli bir evdə yaşayacağına inanırdı.
Böyüdükcə anası ona evin ətrafında gəzməyə icazə verdi. Moli tətildə idi, anasından çayın yanındakı bağda gəzmək üçün icazə aldı. Anası ona icazə verdi. Amma çox uzağa getməməsini tapşırdı.
Moli dağa çıxmağı və qızıl pəncərəli evin içinə göz gəzdirməyi qərara aldı. Velosipedini götürdü və dağın zirvəsinə çatmaq üçün yola düşdü. Dağda tərk edilmiş evə doğru dar bir yol tapdı. Çox mübarizədən sonra dağın zirvəsinə çatdı.
Çirkli evi, əslində, qaranlıq pəncərəli, hasarlı qalanı görəndə çox heyrətləndi. Evindən gördüyü şey dağda yox idi. Bəli, dağın qucağından gördüyü qızılı pəncərələr, əslində, qaranlıq və çirkli pəncərələrin əksiydi.
Çox pis oldu və bir müddət səssizcə oturdu. Arzusu sanki yox olmuşdu. Birdən dönüb evinə baxdı. Evinin içindəki bir pəncərə qızıl kimi parıldayırdı. Suda əks olunan günəş işıqlarının pəncərədən parıldadığını gördü.
Həqiqət bu idi ki, Moli öz arzusundakı evdə yaşayırdı. Və bu qızıldan pəncərəli gözəl bir ev idi.
Lakin o, bunun reallığına çox gec varmışdı. İllər öncə xəyalında canlandırdığı evi bir andaca yoxa çıxmışdı.
Elə buna görə də bütün parıltıların qızıl olmadığını anlayın!
Tərcümə: Namazlı Zəhra