manera.az
manera.az

Azərbaycan Yazıçılar Birliyində yenə də kadr təyinatları oldu

📅 02.07.2021 12:59

Azərbaycan Yazıçılar Birliyində yenə də  kadr təyinatları oldu
Azərbaycan Yazıçılar Birliyində (AYB) yenə də kadr təyinatları olub.

Manera.az xəbər verir ki, Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib.

Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb.

İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgsinin baş redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli isə eyni zamanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib.


Baxış sayı - 573 | Yüklənmə tarixi: 02.07.2021 12:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031