manera.az
manera.az

Ödənişsiz "Yay məktəbləri" təşkil ediləcək - Nazir

📅 31.05.2021 18:26

Ödənişsiz "Yay məktəbləri" təşkil ediləcək - Nazir
"Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləyib".

Manera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, şagirdlər pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək:

"Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm".

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi.

“Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq.

Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

“Yay məktəbi” ilə bağlı növbəti günlərdə Təhsil Nazirliyinin informasiya resurslarında daha ətraflı məlumat veriləcək.


Baxış sayı - 504 | Yüklənmə tarixi: 31.05.2021 18:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031