manera.az
manera.az

Həyatının eşqi deyiləmsə.. - Hind şairinin şeirləri

📅 06.05.2021 12:56

Həyatının eşqi deyiləmsə.. - Hind şairinin şeirləri
MANERA.AZ hind şairi Rupi Kaurun şeirlərini təqdim edir:


***
Səndə ən xoşladığım - ətrindi...
Sən torpaq qoxursan,
Çəmənlik qoxursan,
Bir az da başqalarından
Çox insanlıq ətrin var...


***
Biz sevgi üfüqündə
Bir seçim edirik -
Yazıqlıq duyğusunu...


***
Sən elə düşünürdün ki, mən şəhərəm -
Əylənmək üçün kifayət qədər böyük,
Ancaq mən qonşu bir şəhərciyəm -
Hansı ki heç vaxt eşitmədiyin,
Hər dəfə yan keçdiyin,
Heç bir abidə və memarlığı olmayan
Lakin körpüləri silkələyən
Şimşək kimiyəm...
Mən hazır qida deyiləm -
nə də ev mürəbbəsi,
Kifayət qədər quru
və dadını ala bilməyəcəyin
Bütün şirniyyatlardan uzağam...
Mən özümü səndə alovlandırdım,
Ancaq sən bunu bilmədin...
Mən otel deyiləm, mən evəm,
Sevdiyin içki deyiləm,
Suyam, yanğısında olduğun...
Öz gözləntilərini mənə gətirmə,
Məzuniyyətini başqa bir yerdə keçir...


***
Məni daha çox qorxudan -
Paxıllıq və kin çığırtısıdı...
Nə vaxt ki başqaları uğur qazanır
Biz məyus oluruq və kədərlənirik...
Sonra onlar uğursuz olurlar
Və beləcə məyusluq böyüyür...

Getdikcə insanlıq yolunda
Bütün cəhdlərimiz alınmır
Və hər şey çətinləşir...


***
Əgər mən sənin
həyatının eşqi deyiləmsə,
onda mən sənin həyatının
ən böyük itkisi olaram...

Tərcümə: Tural Cəfərli


Baxış sayı - 744 | Yüklənmə tarixi: 06.05.2021 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031