manera.az
manera.az

Müasir rus şeirləri - TƏRCÜMƏ | MANERA.AZ


Müasir rus  şeirləri - TƏRCÜMƏ | MANERA.AZ VLADİMİR BURİÇ- (1932-1994. Şair, tərcüməçi. Poeziyada özünəməxsus orijinal qol yaratmışdır.)

***
Otağın kub formasında qalıram
aeroportun şar
raketin piramida

Bu formaları yaradır
və sevirəm

Hər dəfə də həlak oluram
bədənimi geometrikləşdirən zaman


QARA VƏ AĞ

Qara ağı axtarır
ondakı işığı öldürmək
və onu ya boz
ya da zolaqlı etmək üçün....

***

Maraqlıdır,
sən böyüyən zaman mən nə edirdim?

nə edirdim mən?

deyəsən çörək arxasınca qaçırdım
yox daşı daş üstə qoyurdum
bəlkə də pillələri qalxırdım
dayanmışdım
əynimi dəyişirdim
ətrafa baxırdım
pulun qalığını qaytarırdım
nəqliyyata gecikirdim
nahar edirdim
anamı dəfn edirdim
səkkiz il anamı dəfn etmişəm
çörək arxasınca qaçırdım
necə də qəribədir
sən yanımdasan
amma bu qaçhaqaçda mənə çata bilməyəcəksən
gözləyə bilmirəm səni
mən ancaq yarışa bilirəm
sən çox gözəlsən
amma mən səninlə nə edim

səninlə nə keçmişə ağlamaq
nə də getdikcə kiçilən gələcəyə ümidlə baxmaq olmur
bir-birimizin əllərini dalğalandırırıq
ötüb-keçən tramvayların akvariumunda...

Müasir rus  şeirləri - TƏRCÜMƏ | MANERA.AZ VERA PAVLOVA- (1963-cü ildə Moskvada anadan olub. Rusiyada 15 kitabı dərc olunub. Şeirləri 20-dən artıq xarici dilə tərcümə olunub. Beynəlxalq festivalların laureatıdır.)

***
Kişi qadının vətənidir.
Qadın kişinin yolu
Gör nə qədər yol getmisən
əzizim bir az dincəl
bax sinəm- qoy başını
bax ürəyim- dağıt düşərgəmi
indi isə bərabər bölək
əzabların qurumuş qalıqlarını.

***
Bu mənəm-
hər səhər sənin sol tərəfində oyanan qadın…

***
Oxuyanda ayaqlarım ağrayır
yazanda əzələlərim
sevəndə çiyinlərim
düşünəndə boynum…

***
Sənin ən möhkəm qabırğandan düzəldiyim halda
niyə belə yumşağam görəsən?

Çünki səndə bərk olub
məndə yumşalmayan heç nə yoxdu…

***
Onlar aşiqdirlər və xoşbəxt…

kişi deyir:
sən yanımda olmayanda mənə elə gəlir ki,
qonşu otağa keçmisən…

qadın deyir:
sən qonşu otağa keçdiyin zaman
mən elə bilirəm ki, artıq yoxsan…

Müasir rus  şeirləri - TƏRCÜMƏ | MANERA.AZ VLADIMIR YUDENKO – (1946-cı ildə Krasnodarda anadan olmuşdur. Şair, nasir olmaqla yanaşı redaktor kimi də fəaliyyət göstərir. Bir çox ədəbi mükafatların laureatıdır)

SEÇİM AZALIĞI- ANDREY TARKOVSKİYƏ

Tərk edən və gözləyən qadınların dünyası...
Yerin bətni yağışdan hamilədir.
Kadrda çəmənlik
Ot- qəlbi təravətləndirir.
İtilənmiş dəryazlar
elə həmin anda edam olundu qadınlar
ağrılıdır
amma olduqca incə tərzdə
işıqlı... və müqəddəs.
mahiyyət- apokalipsis- ruhunda incil havası
Duman arasında rejissorun bağırtısı-
Təşəkkürlər! Lentə alındı.
Operator sevinir, amma əlləri titrəyir nədənsə...

Müasir rus  şeirləri - TƏRCÜMƏ | MANERA.AZ SERGEY ZİNEVİÇ- (1968-ci ildə Novosibirskdə anadan olmuşdur. Şeirləri bir çox ədəbi almanaxlarda çap olunmuşdur)


***

Saatsaz o qədər tənbəldi ki,
Hər şeyin özünə doğru geri döndüyünü hiss eləmir
Əllər vidalaşır
Dodaqlar bağışlayır
Gün ərzindəki nəfəsalmaların yüngül boğulmalarında
səs-küylü günəş yorğun-yorğun dolanır səma boyunca
Alovlanır alaqaranlıq məhlənin divarları arasında…

SEVGİ VƏ VƏRƏM

Yuxulusan, boşluqlara doğru nəfəs alırsan
yavaş-yavaş burulan borular kimi
qeyri-iradi əriyirsən
Yazda dodaqlarına qədər üfunət qoxuyursan
Sarı dabanlar üzərində yeriyir hər şey
Yetginlik astanasında qan öz rəngini dəyişir
Səkilərdə qış hiss olunur artıq
Bağda armudlar üzür
Məhdudiyyətlər arasından sərhəd çəkir torpaq


Rus dilindən tərcümə - Xatirə Nurgül



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031