manera.az
manera.az

Uşaqlar üçün “İmmunlaşdırma həftəsi”nə start verilib

📅 27.04.2021 17:01

Uşaqlar üçün “İmmunlaşdırma həftəsi”nə start verilib
Respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb.

Bu barədə Manera.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrə əsasən, aprelin 26-sından mayın 2-dək ölkənin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərilərinə tövsiyə edilir.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, “COVID-19” infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.


Baxış sayı - 525 | Yüklənmə tarixi: 27.04.2021 17:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031