manera.az
manera.az

Tiblisidə Nərimanovun kitabının təqdimatı keçirilib

📅 10.04.2021 15:59

Tiblisidə Nərimanovun kitabının təqdimatı keçirilib
Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, N. Nərimanovun əsərləri ilk dəfə olaraq gürcü dilinə tərcümə edilib.

Oxuculara təqdim olunan kitabda ədibin “Nadanlıq” pyesi, “Nadir şah” tarixi faciəsi və “Bahadır və Sona” romanı iki dildə - Azərbaycangürcü dillərində işıq üzü görüb.

N. Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanda yazıb. O, “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə isə ilk milli romanın əsasını qoyub.

Layihənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevadır. Əsərləri gürcü dilinə tərcümə edən isə filoloq Oktay Kazımovdur. /apa.az/

Tiblisidə Nərimanovun kitabının təqdimatı keçirilib

Baxış sayı - 515 | Yüklənmə tarixi: 10.04.2021 15:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031