manera.az
manera.az

Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı - Siyahı

📅 22.03.2021 17:08

Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı - Siyahı
Birləşmiş Millətlər Təşkilatının 149 ölkə arasında apardığı “Dünya Xoşbəxtlik Hesabatı 2021” qiymətləndirməsinə əsasən Finlandiya, Danimarka və İsveçrə ilk üçlükdə yer alıb.

Manera.az xəbər verir ki, hesabatda ən bədbəxt ölkə yenidən Əfqanıstan seçilib.Siyahıda yer alan ilk 10 ölkənin 9-u Avropa ölkələridir. İlk onluqda yer alan və başqa qitəyə məxsus yeganə ölkə Yeni Zelandiyadır.

Xatırladaq ki, ilk “Dünya Xoşbəxtlik Hesabatı” 2012-ci ildə dərc edilib. Həmin ildən bu günə qədər dörd ölkə həmişə lider olub: 2012, 2013 və 2016-cı illərdə Danimarka, 2015-ci ildə İsveçrə, 2017-ci ildə Norveç və 2018, 2019, 2020 və 2021-ci illərdə Finlandiya.

Qeyd edək ki. ümumdaxili məhsulu, sosial dəstəyi, ortalama sağlam ömür müddətini, vətəndaşların şəxsi həyatları, alicənablığı və ölkədəki korrupsiya səviyyəsi ilə bağlı qərar qəbul etmə azadlığını qiymətləndirən BMT-nin “Dünya Xoşbəxtlik Hesabatı” hazırlanarkən, 149 ölkədən insanlarla görüşülərək fikirləri alınıb.


Baxış sayı - 437 | Yüklənmə tarixi: 22.03.2021 17:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031