manera.az
manera.az

Novruz gəlir, yaz gəlir - Günün şeiri

Novruz gəlir, yaz gəlir - Günün şeiri
MANERA.AZ Ramiz Rövşənin "Novruz" şeirini təqdim edir.

Novruz gəlir, yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xoncası
Açıb gülün qönçəsi
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir...

Kosa sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı...

Novruza bax, yaza bax
Bir əriyən buza bax
Sellər axır şırhaşır
Çöllər olur yamyaşıl
Ot bitər yemlik bitər
Keçəl başda tük bitər...

Keçəl başın yağlasın
Dəsmal verin bağlasın
Rəqs eləyək oynayaq
Çırtıq çalaq şadlanaq
Əl çalaq alqışlayaq
Bu məclisi başlayaq...

P.S: Qeyd edək ki, şeirə bəstəkar Cavanşir Quliyev musiqi bəstələyib. Mahnı 2000-ci illərin əvvəllərində Aygün Kazımovanın ifasında məşhurlaşıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031