manera.az
manera.az

İyirmi səkkizində idi Mayısın - GÜNÜN ŞEİRİ

📅 28.05.2018 15:44

İyirmi səkkizində idi Mayısın - GÜNÜN ŞEİRİ
Manera.az Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin "Mayıs duyğuları" şeirini təqdim edir:

İlk çağındaydı gözəl mövsümün
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın
Azərbaycan istiqlalə ermişdi.

Derkən qopdu bir qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.

Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu
İstiqlalı bir kərə dadmış millət
"Hürriyyət" fikrinə candan vuruldu.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək parlaq olacaq.
Verdiyimiz qurbanların bahası
Bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yeni bir gözəl çağında
Qaranlıq qış keçib bahar gələcək.
Hər hansı bir ilin aydın günündə
Azərbaycan istiqlala erecək.


Baxış sayı - 2 177 | Yüklənmə tarixi: 28.05.2018 15:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930