manera.az
manera.az

TŞ müdiri vətəndaşlarla onlayn görüş keçirib

📅 18.03.2021 02:00

TŞ müdiri vətəndaşlarla onlayn görüş keçirib
Martın 18-də Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov və şöbə əməkdaşlarının iştirakı ilə Feysbukda vətəndaşlarla onlayn görüş keçirilib, müraciətləri dinlənilib.

Manera.az xəbər verir ki, sosial şəbəkə iştirakçılarının narahat edən əsas məsələlər arasında pandemiya şəraitində distant təhsilin təşkili, I sinfə qəbul və şagird yerdəyişmələri, mövcud vakant yerlər, müəllimlərin işə qəbulu və yerdəyişməsi, fənn olimpiadalarına hazırlıq üstünlük təşkil edib.

A.Məcidov vətəndaşların suallarını cavablandırıb, onlara lazımi köməklik göstərməyə hazır olduğunu bildirib.

Sonda pandemiya şəraiti nəzərə alınaraq, vətəndaşların müraciətlərinə həsr olunmuş çanlı görüşlərin mütəmadi xarakter daşıması planlaşdırılıb. /axar.az/


Baxış sayı - 452 | Yüklənmə tarixi: 18.03.2021 02:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031