manera.az
manera.az

Daha bir məktəb koronaya görə bağlandı

📅 28.02.2021 15:06

Daha bir məktəb koronaya görə bağlandı
Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

Manera.az xəbər verir ki, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləri də distant təhsilə keçirilib.


Baxış sayı - 584 | Yüklənmə tarixi: 28.02.2021 15:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031