manera.az
manera.az

Yeni məktəblərin açılışı oldu - Fotolar

📅 14.02.2021 13:30

Yeni məktəblərin açılışı oldu - Fotolar
Fevralın 12-də yeni tikilmiş Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Manera.az xəbər verir ki, açılışda təhsil nazirinin müşaviri Elnur Nəsibov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və məktəb direktoru iştirak edib.

Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. Məktəbdə 10 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Təhsil müəssisəsində 40 yerlik yeməkxana, 103 yerlik akt zalı üçün də şərait yaradılıb.

Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.


***
Fevralın 12-də Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün də yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılışda təhsil nazirinin müşaviri Kənan Kərimzadə, Kürdəmir Rayon İcra başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib.

Qeyd edilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə 120 yerlik yeməkxana, 240 yerlik akt zalı üçün də şərait yaradılıb.

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Yeni məktəblərin açılışı oldu - Fotolar
Yeni məktəblərin açılışı oldu - Fotolar
Yeni məktəblərin açılışı oldu - Fotolar


Baxış sayı - 626 | Yüklənmə tarixi: 14.02.2021 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031