manera.az
manera.az

Şəkidə üç modul tipli məktəb quraşdırılır

📅 19.08.2019 12:17

Şəkidə üç modul tipli məktəb quraşdırılır
Şəki rayonunun Kiş, İbrahimkənd və Oxud kəndlərində quraşdırılan hər biri 96 şagird yerlik modul tipli məktəb binaları “Bilik günü”ndə öz qapılarını şagirdlərin üzünə açacaq.

Bu barədə Manera.az-a şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Dördmərtəbəli və beş korpusdan ibarət bu məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur. Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Ümumiyyətlə, son illər rayonda 35-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 8 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.

MANERA.AZ


Baxış sayı - 1 490 | Yüklənmə tarixi: 19.08.2019 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930