manera.az
manera.az

Bu dünya bir Şahsənəmdir, hərəmiz bir Aşıq Qərib

Bu dünya bir Şahsənəmdir, hərəmiz bir Aşıq Qərib
Zakir Məmməd

***
Lap Nuhun zamanından şair
bir əli yerdə, bir əli göydə yaşayır.
Yerdəki əli
allahın ən fağır bəndəsinə,
bir də şaha çatır;
Göydəki əli
göydəki mələklərə, allaha çatır...
Lap Nuhun zamanından bəri
bir az şairanədir dünyanın işləri.

Qəriblik

Qəriblik də yaşayır dünyada.
Qəriblik də var bu dünyada:
mənim kimi, sənin kimi - insan kimi;
Qəriblik doğulur, qəriblik göz açir
ölüm günü, ayrılıq günü.
Qəribliyin də keflənən vaxtı olur,
sevincdən atılıb-duşən çağı olur.
Qəriblik
"Can" deyib sarıla bilir adama,
Onun da qucağı olur.
Bu dunyanin harası qərib deyil ki...
ağacından aralı ağacı,
daşından arali daşı qərib.
Bu dünya bir Şahsənəmdir,
hərəmiz bir Aşıq Qərib.


***
Mindirib bir kəcavəyə
köyə apararlar səni
əgər getmək istəməsən,
döyə-döyə apararlar səni

yanıb-yanıb leyli dersən,
lap vaxtı da əylədərsən
sən səhraya meyl edərsən,
öyə apararlar səni

bilmirəm, züy xarabaya,
klub, muzey xarabaya,
güney, quzey xarabaya
niyə apararlar səni?

Baxma o uzaq azada
başdı da qalıb qəzada
neyləsən də, tutub zada,
şeyə apararlar səni

Quyu

Quyunu özgəyə oyublar
Düz yolun içinə qoyublar
Dərindir, çətin ki gün düşə,
İçinə kim düşə, kim düşə!

Quyular qış bilməz, yay bilməz
Pay almaz, pay verməz, pay bölməz
Quyudan bir yerə hay çatmaz
Saysalar, sayına say çatmaz

Yüz yana gedərsən, üz qoyub,
Görərsən, yüz yerdə yüz quyu
Sirr verməz, and içər diz qoyub,
Yenə də bir quyu iz qoyub

Quyular sirr açır, sirr qoyur,
Hər yoldan aralı bir quyu,
Hər yolun içində qır quyu.
Quyular sirr açır, sirr qoyur.


***
Bir şirin nəğməylə gəlib,
bir şirin sözlə getməyə
görəsən, gec deyil ki
məni də gözlə getməyə.

Hava da çox qarışıqdır,
yollar da həmişəki kimi
bu ömür yadımdan çıxmaz,
durub baxar şəkil kimi.

Nə var, gəlib yanımızdan
əskərlər kimi keçərlər
bu diyarda bir allaha,
bir silaha and içərlər.

Nəsimini yada salır
qabığı soyulan hər şey.
Durub kənardan göz qoyur,
baxır kənardan kaşşey.

Ömrü tək başa vurmuş
bacım qızı Dilbərin ölümünə

Sən taclara layiq idin,
Gəlib tac səni apardı
Ölüm ehtiyac içində,
Qalıb ac səni apardı

Dilinin şirinliyindən
şəkər də vardı qanında
aralı saldı fələk
getdin aralıq ayında

Dilinin şirinliyindən
şəkər vardı qanında
səni Allahmı apardı?!
get Allah amanındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31